Haqqında
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA)
ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 2006-cı ilin may ayından 2007-ci ilin may ayınadək “Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” layihəsini həyata keçirib. Bu pilot layihənin nəticəsi olaraq 2007-ci ilin mart ayında BAMF-ın təsisçiliyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) yaradılıb və həmin ilin may ayında dövlət qeydiyyatına alınıb.
AMZA-nın strateji məqsədi ölkə üzrə minadan zərərçəkənləri və onların ailə üzvlərini vahid qurum ətrafında birləşdirməkdən, onların hüquqi müdafiəsini təmin etməkdən, sosial-iqtisadi, tibbi-psixoloji reabilitasiyasını gücləndirməkdən, bilik və bacarıqlarının artırılması yolu ilə mina qurbanlarını vətəndaş cəmiyyəti quruculuğu prosesinə cəlb etməkdən ibarətdir. Assosiasiyanın üzvlərinin peşə və ixtisasını artırmaq, müxtəlif sahələrdə onların bacarıqlarını təkmilləşdirmək, minadan zərərçəkənlərin və onların ailə üzvlərinin problemlərinin həlli üçün araşdırmalar aparmaq və s. vəzifələr də AMZA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Assosiasiya beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edir.
AMZA-nın ayrı-ayrı sahələr üzrə ixtisaslaşdırılmış orqanları - departamentləri fəaliyyət göstərir. Onlar aşağıdakılardır:
- Təhsil və maarifləndirmə departamenti
- Hüquq departamenti
- Sosial-iqtisadi məsələlər üzrə departament
- İctimai əlaqələr departamenti
Assosiasiya Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Assosiasiyanın filial və nümayəndəliklərinin təsis edilməsi barədə qərar İdarə heyəti tərəfindən qəbul edilir.
AMZA-nın filialı təşkilatın olduğu yerdən kənarda təşkil edilə bilər, onun fəaliyyətini və fəaliyyətinin bir hissəsini həyata keçirə bilər. AMZA fəaliyyət göstərdiyi yerdən kənarda özünün nümayəndəliyini də aça bilər.
Assosiasiyanın Tərtər, Füzuli və Ağstafa regional bölmələri fəaliyyət göstərir.
AMZA-nın direktoru – Baxşeyiş Abbas oğlu Hətəmli
Baş qərargahın ünvanı: AZ-1006, Bakı şəhəri, M.Hüseyn küçəsi 1a.
Əlaqə telefonu: (+994 12) 439 76 97
Faks: (+994 12) 439 49 15
Mob: (+994 50) 355 09 39
amva@iepf-ngo.org
Şərhinizi əlavə edin