Struktur
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının strukturu
Ali idarəetmə orqanı - Ümumi Yığıncaq; Cari fəaliyyətə rəhbərlik edən yuxarı idarəetmə orqanı - İdarə Heyəti; Assosiasiyanın fəaliyyətinə nəzarət edən icra orqan - Nəzarət Təftiş Komissiyası; Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış orqanları - Departamentlər; Yerlərdə fəaliyyət göstərən filiallar - Regional Bölmələr.
Ümumi yığıncaq: İldə bir dəfədən az olmayaraq çağrılan ali idarəetmə orqanıdır. Müstəsna səlahiyyətləri Assosiasiyanın Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi; Assosiasiyanın əmlakının formalaşdırma və istifadə prinsiplərinin müəyyən edilməsi; Assosiasiyanın icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; Assosiasiyanın illik hesabatının təsdiq edilməsi; Assosiasiyanın yenidən təşkili və ləğv edilməsi.
İdarə Heyəti: Assosiasiyanın cari fəaliyyətinə rəhbərlik edir. İdarə Heyəti Assosiasiyanın İdarə Heyətinin sədrindən, onun müavinlərindən və digər üzvlər olmaqla 5 nəfərdən ibarətdir. İdarə Heyətinin yığıncaqları ayda bir dəfədən az olmamaq şərtilə Assosiasiyanın İdarə Heyətinin sədri tərəfindən çağırılır.
İdarə Heyəti:
- Assosiasiya üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
- Assosiasiyanın İdarə Heyəti sədrin təqdimatı əsasında Assosiasiyanın İcraçı direktorunu təyin edir;
- Assosiasiyanın İcraçı direktorunu səlahiyyətlərini və müddətini müəyyən edir;
- Assosiasiyanın komitə və departamentlərini yaradır;
- Assosiasiyanın filial və nümayəndəliklərinin yaradılması məsələsini həll edir;
- Assosiasiyanın başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
Assosiasiyanın İcraçı direktoru Assosiasiyanın İdarə Heyəti sədrinin verdiyi təqdimat əsasında İdarə Heyəti tərəfindən təyin edilir. Assosiasiyanın İcraçı direktorunu səlahiyyətləri və müddəti Assosiasiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Nəzarət Təftiş Komissiyası: Assosiasiyanın Nəzarət Təftiş Komissiyası Assosiasiyanın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Assosiasiyanın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
Departamentlər:
- Təhsil və Maarifləndirmə
- Hüquq
- Sosial-iqtisadi
- Tibbi-psixoloji
- İctimai əlaqələr
Regional Bölmələr: Tərtər Regional Bölməsi, Fizuli və Ağstafa Regional Bölmələri
