Tərtərdə partlamamış “grad” mərmisi tapılıb
AMZA, 19 iyul 2008 - Dünən İcma Mina Aksiyası tərəfindən Tərtər rayonunun Şıxarx kəndi ərazisində partlamamış “grad” mərmisi tapılıb. Bu barədə İcma Mina Aksiyasının Əməliyyat Meneceri Ramil Əzizov məlumat verib. Onun sözlərinə görə, tapılmış mərmi aksiyanın mütəxəssisləri tərəfindən zərərsizləşdirilərək götürülüb.
İcma Mina Aksiyası bu uğuru Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin - ANAMA-nın 10 illik yubileyinə həsr edib.

Şərhinizi əlavə edin