BAMF, Bakı, 31 iyul 2008 - Xəbər verdiyimiz kimi, minadan zərərçəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma janrları üzrə elan etdiyi müsabiqə başa çatıb.
AMZA, 19 iyul 2008 - Dünən İcma Mina Aksiyası tərəfindən Tərtər rayonunun Şıxarx kəndi ərazisində partlamamış “grad” mərmisi tapılıb. Bu barədə İcma Mina Aksiyasının Əməliyyat Meneceri Ramil Əzizov məlumat verib. Onun sözlərinə görə, tapılmış mərmi aksiyanın mütəxəssisləri tərəfindən zərərsizləşdirilərək götürülüb.
Minadan zərər çəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə elan etdiyi müsabiqənin qiymətləndirmə mərhələsi də yekunlaşdı.