Minalardan zərər çəkənlərlə bağlı jurnalist müsabiqəsi elan edilib
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə müsabiqə elan edir. Müsabiqənin mövzusu «Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri» adlanır.
