Tərtər rayonu Şıxarx kəndi ərazisində 3 ədəd tank əleyhinə mina aşkarlanıb. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) İcma Mina Aksiyasının əməliyyat meneceri Ramil Əziz məlumat verib. O, bizimlə söhbətində minaları orta məktəb şagirdinin gördüyünü dedi:“Şıxarx kənd orta məktəbinin şagirdi Elməddin Qarayev onlara məxsus əkin sahəsində çalışarkən yerdə iki ədəd mina görüb.
Davamı…
“Yeni Azərbaycan”ın əməkdaşı övladının ilk əməkhaqqının yarısını minadan zərərçəkən azyaşlı uşağa bağışladı
BAMF, Bakı, 05 avq 2008 - Bu gün Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun iclas zalında Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyası (AMZA) ilə birgə “Mina qurbanları: ehtiyaclar, problemlər, vəzifələr” adlı tədbir keçirdi.
Davamı…
BAMF, Bakı, 31 iyul 2008 - Xəbər verdiyimiz kimi, minadan zərərçəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma janrları üzrə elan etdiyi müsabiqə başa çatıb.
Davamı…
AMZA, 19 iyul 2008 - Dünən İcma Mina Aksiyası tərəfindən Tərtər rayonunun Şıxarx kəndi ərazisində partlamamış “grad” mərmisi tapılıb. Bu barədə İcma Mina Aksiyasının Əməliyyat Meneceri Ramil Əzizov məlumat verib. Onun sözlərinə görə, tapılmış mərmi aksiyanın mütəxəssisləri tərəfindən zərərsizləşdirilərək götürülüb.
Davamı…
Minadan zərər çəkən insanların yaşadıqları faciəni, onların qarşılaşdıqları problemləri cəmiyyətə çatdırmaq məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə elan etdiyi müsabiqənin qiymətləndirmə mərhələsi də yekunlaşdı.
Davamı…
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) jurnalistlər arasında reportaj və araşdırma üzrə müsabiqə elan edir. Müsabiqənin mövzusu «Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri» adlanır.
Davamı…
Dünən Füzuli rayonunda ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan Olunması üzrə Hərbi Siyasi İşlər İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tətər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində tədbir təşkil edilib.
Davamı…
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bu ilin iyul ayından həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihələri çərçivəsində indiyədək görülən işlərlə bağlı Tərtər rayonundakı regional ofisdə görüş keçirilib.
Davamı…
01 iyul 2007-сi ildən ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-siyasi işlər idarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən «Azərbayсanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Fizuli regional bölməsinin yaradılması və Tərtər regional bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihələrinin iсrasına başlanılmışdır.
Davamı…